“Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ: 4 min manata satdığı telefon… Yeni Çağ Media | Ic…
Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Baku Elektroniks” 1 ay öncə alınan Ayfon-16 Pro Maks telefonunu İMEİ qeydiyyatdan keçirməyib.
Bununla bağlı Axar.az-a zərərçəkən müştəri Ruhin Əliyev məlumat verib.
O bildirib ki, 4 min manat ödədiyi telefonda yaranmış problemlə bağlı mağaza onun şikayətinə laqeyd yanaşır: “29 oktyabr və 13 noyabrda nömrəmə SMS gəldi ki, telefon qeydiyyatdan keçirilməlidir, əks təqdirdə 28 noyabr tarixindən cihazın istifadəsinə məhdudiyyət qoyulacaq.
Mən “Baku Elektroniks”in “143” qaynar xətti ilə əlaqə saxladım.
Bildirdilər ki, heç bir narahatlıq yoxdur, həmin vaxta kimi məsələ həll olunacaq. Amma telefon artıq 2 gündür bağlıdır.
Yenidən “Baku Elektroniks”in qaynar xətti ilə əlaqə saxladım, bildirdilər ki, 5-10 günə açılacaq.
Şirkətin Əhməd Rəcəbli küçəsində yerləşən ofisinə getdim. Onlar da nə telefonu geri qaytarıb, pulumu ödəyirlər, nə də məsələni həll edirlər.
Tam oxu
Xəbəri oxu