sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Futzal üzrə ölkə çempionatının Yüksək Liqasında mübarizə aparan klubun baş məşqçisi diplom aldı. Sport24.az xəbər verir ki, "Baku Fire"in məşqçisi Elvin Quliyev ötən ilin avqustundan etibarən UEFA-nın futzal məşqçiləri üçün təşkil etdiyi kursa qatılıb.
Finlandiyada təşkil edilən kursun modullarını uğurla tamamlayan həmyerlimiz UEFA B lisenziyasına sahib olub. Artıq bununla bağlı rəsmi məktub və diplom Finlandiya Futbol Federasiyasından AFFA-ya göndərilib.
Qeyd edək ki, Elvin QUliyevin məşqçisi olduğu "Baku Fire" Yüksək Liqanın 2024-2025-ci illər mövsümünü ikinci pillədə başa vurub və gümüş medal qazanıb.