“Baku Open 2025” mükafat fondu müəyyənləşib

12.03.2025

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Şahmat Federasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə növbəti dəfə “Baku Open-2025” Beynəlxalq Şahmat Festivalını təşkil edəcək.

Apasport.az xəbər verir ki, beynəlxalq turnir "Baku Crystal Hall"ın sərgi mərkəzində keçiriləcək.

Yarışda şahmatçılar üç qrupda İsveçrə sistemi üzrə 9 turda (A, B və C) mübarizə aparacaq. Festival çərçivəsində veteran şahmatçılar arasında Azərbaycan çempionatı da baş tutacaq.

Aprelin 27-dən mayın 6-dək davam edəcək festivalın ümumi mükafat fondu 55 000 ABŞ dollarına bərabərdir.

Qeyd edək ki, “Chess Tour Azerbaijan” layihəsi çərçivəsində keçiriləcək yarışlardan biridir.

Süleymanlıdan son turda qələbə Qənirə Paşayevanın xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib - FOTO Süleymanlıdan növbəti heç-heçə Süleymanlı heç-heçə edib Allahverdiyeva ikinci pillədə
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью