“Baku Sportinq” Elman Sultanovla uzunmüddətli müqavilə bağladı

18.04.2025

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Baku Sportinq”in inzibati binasında klub rəhbərliyinin iştirakı ilə 2025-ci ildə ilk toplantısı keçirilib.

Müxtəlif məsələlər müzakirə olunub, müvafiq qərarlar verilib. Bunlardan ən maraqlısı baş məşqçi Elman Sultanovla uzunmüddətli əməkdaşlığa qərar verilməsidi. Onunla müqavilənin müddəti 2030-cu ilin mayına qədər uzadılıb. Elə texniki və inzibati heyətə münasibətdə də eyni addım atılıb.
Klubun nəzdində paytaxtı və Bakı kəndlərini əhatə edəcək yeni seleksiya qrupu yaradılacaq, uzovnadakı təlim-məşq mərkəzində infrastruktur təkmilləşdiriləcək, klub yeni nəqliyyat vasitələri ilə təmin ediləcək, bundan başqa, kluba yeni sponsorların cəlb olunması yolunda addımlar atılacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью