“Baku Sportinq” Neftçi nin və Qarabağ ın sabiq futbolçusu ilə anlaşdı

04.03.2025

Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Vaxtilə Premyer Liqa klublarının şərəfini qoruyan Elşən Abdullayev I Liqa klubu ilə anlaşıb. Sport24.az xəbər verir ki, yarımmüdafiəçi  "Baku Sportinq"lə anlaşıb. 

30 yaşlı futbolçu paytaxt klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

Qeyd edək ki, Abdullayevin son klubu MOİK olub. O, karyerası ərzində "Qarabağ". "Neftçi", "Sumqayıt" və "Səbail" kimi komandaların formasını geyinib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью