Baku TV dən 4 milyardlıq rekord!

01.09.2026

Baku.ws portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Global Media Group"a daxil olan "Baku TV" YouTube platformasında növbəti böyük rekorda imza ataraq Azərbaycanda fəaliyyət göstərən televiziya kanalları arasında liderliyini qoruyur.

Beynəlxalq analitik platforma "SocialBlade"in statistik göstəricilərinə əsasən, Azərbaycan və rus dilində fəaliyyət göstərən kanalların ümumi baxış sayı 4 milyardlıq tarixi həddi aşaraq 4,031,131,815-ə çatıb. Belə ki, baxış göstəricilərinin dil bölmələri üzrə paylanmasında "Baku TV" (Azərbaycan dili) 2,290,467,778 baxış, "Baku TV RU" (Rus dili) isə 1,740,664,037 baxış toplayıb. Eyni zamanda, "Baku TV"nin YouTube üzrə ümumi abunəçi auditoriyası 3,3 milyon nəfəri geridə qoyub.

"Baku TV" operativ xəbər istehsalı, eksklüziv analitik materiallar, müsahibələr və xüsusi reportajları ilə geniş tamaşaçı auditoriyasının sevimlisinə çevrilib. Rəqəmsal platformalarla yanaşı, kanalın yayımlarını bütün yerli provayderlər və "Azərspace" peyki vasitəsilə Avropa və Asiyada izləmək mümkündür..

https://socialblade.com/youtube/lists/top/50/views/news/AZ

Baku TV haqqında:

"Baku TV" 2018-ci ildən Azərbaycanda fəaliyyət göstərən aparıcı televiziya kanalıdır. Kanal Azərbaycan və dünyada baş verən aktual xəbərləri, analitik və müəllif proqramlarını, canlı yayımları müxtəlif dillərdə izləyicilərə çatdırır.

"Baku TV" haqqında daha ətraflı məlumat əldə etmək üçün www.baku.tv veb-saytına və kanalın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | YouTube | TikTok) müraciət edə bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью