“Baku” TV nin “Söz” filminin təqdimatı olub

09.07.2025

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Baku” TV-nin “Söz” (“The word”) sənədli filminin təqdimatı olub.

“Ölkə.az” xəbər verir ki, tədbirdə dövlət və özəl qurumların, eləcə də ictima sektorun nümayəndələri, aktyorlar, rejissorlar iştirak ediblər.

Film 44 günlük Vətən müharibəsinə həsr olunub və “Baku” TV-nin əməkdaşı, Vətən müharibəsi iştirakçısı Ələkbər Nəsirovun həyat hekayəsini təsvir edir.

Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə film rus və ingilis dillərində təqdim olunur.

“Söz” sənədli filmi Los-Ancelesdə keçirilən “Accolade Global Film Competition mükafat qazanıb.

Film həmçinin “Roma Prisma Film Awards” yarışmasının finalçısı olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью