Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq. "Baku TV" dən milyardlıq göstərici!
Ölkənin ən çox izlənilən kanallarından biri olan "Baku TV" 2024-cü il ərzində rekord göstəriciləri ilə möhtəşəm nəticələrə imza atıb.
Belə ki, xəbərləri, müsahibə və araşdırmaları, eləcə də analitik və müəllif proqramları ilə tamaşaçıların sevimli kanalı olan "Baku TV" baxış sayına görə digər Azərbaycan telekanalları arasında lider olub.
Azərbaycan redaksiyasının "YouTube" kanalı 2024-cü ilin 12 ayı ərzində 438 milyona yaxın, rusdilli tamaşaçıya xitab edən "Baku TV RU" isə 731 milyondan çox baxış sayı əldə edib.
Ümumilikdə isə "Baku TV"nin Azərbaycan və rus redaksiyalarının baxış sayı ötən il ərzində 1,2 milyarda çatıb.
"Baku TV" 2024-cü ilin 12 ayı ərzində "YouTube" platforması üzrə 10 Azərbaycan telekanalını geridə qoyaraq baxış sayı reytinqində birinciliyini qoruyub.
Hesablamalar "YouTube" platformasının bu kanallar üzrə dəqiq daxili analitik göstəricilərinə əsaslanır.
"Baku TV" 2018-ci il fevralın 17-də Azərbaycan və dünyanın siyasi, sosial və iqtisadi həyatındakı hadisələri operativ işıqlandırmaq məqsədilə ilk olaraq internet kanalı kimi fəaliyyətə başlayıb.