Baku TV RU beş yaşında VİDEO

18.11.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Baku TV-nin rusdilli redaksiyası - Baku TV RU yaranmasının beşilliyini qeyd edir.

"AzPolitika" xəbər verir ki, 2021-ci ildə fəaliyyətə başlayan kanal qısa müddətdə rəqəmsal mediada əhəmiyyətli uğurlara imza atıb.

İlk dövrlərdə ay ərzində cəmi bir neçə yüz min baxış toplayan Baku TV RU-nun bu göstəricisi 2024-cü ildə 50 milyona çatıb. Həmin il kanalın "YouTube" platformasındakı abunəçilərinin sayı bir milyonu ötüb. Son iki ildə isə ümumi baxış sayı bir milyard həddinə yaxınlaşıb.

Baku TV RU-nun əsas missiyalarından biri də rusdilli auditoriyanı Azərbaycanda baş verən hadisələr, eləcə də ölkəmizin beynəlxalq mövqeyi barədə obyektiv və dolğun məlumatlandırmaqdır.

"AzPolitika" Baku TV RU-da çalışan həmkarlarını təbrik edir, yaradıcılıq uğurları arzulayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью