Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"BakuBus"a məxsus avtobus qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu Əbdüləzəl Dəmirçizadə küçəsində baş verib.
Məlumata görə, 11 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu, geriyə manevr edən 77-YL-849 dövlət qeydiyyat nömrə nişanlı "Toyota Land Cruiser Prado" ilə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.
Hadisədən sonra sərnişinlər avtobusu tərk ediblər. Qəza səbəbindən ərazidə sıxlıq yaranıb.