BakuBus a məxsus avtobus tüstüləyir VİDEO

31.05.2025

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Yasamal rayonunda “BakuBus" MMC-yə məxsus sərnişin avtobusundan tüstü çıxdığı müşahidə olunub.

Avtosfer.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, avtobusun arxa hissəsindən qalxan tüstü ətrafda narahatlıq yaradıb.

Abdulla Şaiq küçəsində tüstülənmə artdığı üçün sürücü dərhal avtobusu saxlayaraq sərnişinlərin təhlükəsiz şəkildə düşməsini təmin edib. Avtobusda alovlanma qeydə alınmasa da tüstülənmənin texniki nasazlıq səbəbindən yarandığı ehtimal olunur.

Hadisənin detallarının araşdırılması istiqamətində işlər davam etdirilir.

Eltac Zülfüqaroğlu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью