BakuBus avtobusu ilə yük avtomobili toqquşdu, ölən var

04.01.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı-Qazax magistral yolunda "BakuBus" avtobusu ilə yük avtomobili toqquşub.

Bununla bağlı Oxu.Az-a hadisə yerindən görüntülər daxil olub:

Hadisə ilə bağlı Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru polis baş leytenantı Elvin Hacıyev deyib ki, ilkin məlumata görə, "BakuBus" avtobusunun içərisindəki bir sərnişin həlak olub:

"Hadisə Bakı-Qazax magistral yolunun 24-cü kilometrliyində saat 10:30-da baş verib. 99-JZ-185 dövlət nömrə nişanlı "BakuBus" avtobusu yolun kənarında durmuş, Tacikistan dövlətinə məxsus 77-FF-02 nömrə nişanlı "Volvo" markalı TIR-a çırpılıb. İlkin məlumata görə, "BakuBus" avtobusundakı bir sərnişin həlak olub. Faktla bağlı araşdırma aparılır".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью