“BakuBus” avtobusu qadını vurdu Vəziyyəti ağırdır

21.11.2024

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Dünən Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə saat 20:00 radələrində Xətai rayonu Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Belə ki, “BakuBus” MMC-yə məxsus avtobus 1965-ci il təvəllüdlü Eyvazova Sevda Nazir qızını vurub.

Xəstəxanaya çatdırılan qadının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью