“Bakubus” avtobusu qadını vurdu Vəziyyəti ağırdır

21.11.2024

Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

Dünən Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info  xəbər verir ki, saat 20:00 radələrində Xətai rayonu Məhəmməd Hadi küçəsində "BakuBus" MMC-yə məxsus avtobus 1965-ci il təvəllüdlü Eyvazova Sevda Nazir qızını vurub.

Xəstəxanaya çatdırılan qadının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью