Icma.az, Bizimyol saytına istinadən bildirir.
Yaranan suallara cavab tapmaq üçün “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) sorğu ünvanladıq. Qurumdan Bizimyol.info portalının sorğusuna cavab olaraq bildirilib: “BakuBus” MMC tərəfindən Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq ərazisində yerləşən avtobus parkında BYD markalı elektrik mühərrikli avtobusların batareyalarının enerji ilə doldurulması üçün 42 ədəd elektrik dolum stansiyasının quraşdırılması nəzərdə tutulur.
Yeni dolum stansiyalarının hər biri iki qoldan ibarət olmaqla ümumilikdə 240 kVt gücə malikdir. Hər qol 120 kVt elektrik enerjisi ötürmək imkanına sahibdir. Dolum başlıqlarının standartı GB/T tipinə uyğundur.
Quraşdırılacaq dolum infrastrukturu nəticəsində hər bir stansiya vasitəsilə 2,5 saat ərzində 2 ədəd elektrik mühərrikli avtobusun batareyasının enerji ilə təmin edilməsi mümkün olacaq.
Yeni dolum stansiyalarının istismara verilməsi “BakuBus” MMC-nin istismarında olan marşrut xətlərində elektrik avtobuslarının sayının artırılmasına və xidmətin daha səmərəli, dayanıqlı şəkildə təşkilinə şərait yaradacaq”.
Günel Həsənova, Bizimyol.info