BakuBus ın avtobusu yük maşını ilə toqquşdu

27.01.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı şəhərində metronun "28 May" stansiyasının yaxınlığında avtoqəza olub.
Demokrat.az xəbər verir ki, sözügedən ərazidə 77-JS-678 nömrə nişanlı 5 nömrəli marşrut xəttində "BakuBus"ın avtobusu ilə "Ford" markalı, 10-TX-252 dövlət nömrə nişanlı yük maşını toqquşub.
Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. (Oxu.az)
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью