BakuBus la minik maşını toqquşdu

04.04.2026

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Gəncədə minik maşını ilə sərnişin avtobusu toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Prospektlə hərəkətdə olan "BakuBus"a məxsus 1 saylı xətt üzrə işləyən sərnişin avtobusu ilə "Chevrolet" markalı minik maşını toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır.

Tural Əhmədov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью