BakuBus minik avtomobili ilə toqquşdu: Sərnişinlərin yönləndirildiyi avtobus da qəzaya düşdü

04.02.2026

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Zəfər Parkının yaxınlığında yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Globalinfo.az Bizim.Media-ya istinadən xəbər verir ki, “BakuBus”un Hövsandan metronun “28 May” stansiyası üzrə hərəkət edən 120 nömrəli marşrut avtobusu ilə minik avtomobili toqquşub.

Hadisə minik avtomobilinin avtobus zolağına daxil olması nəticəsində baş verib.

Qəzadan sonra avtobusda olan sərnişinlər düşürülüb və növbəti gələn avtobusa yönləndiriliblər.

Maraqlısı odur ki, sərnişinlərin mindiyi növbəti 120 nömrəli avtobus da bir qədər hərəkət etdikdən sonra qəza törədib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Xəsarət alan yoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью