Bakubus qadın sürücü axtarır

17.05.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Bakubus” MMC-nin qadınlar üçün sürücü elanı sosial şəbəkələrdə maraqla qarşılanıb. 

Globalinfo.az xəbər verir ki, şirkət bu barədə sosial şəbəkə səhifəsində elan verib.

Elanda qeyd olunur:

“Əziz qadınlar, yol sizindir!

Sizi sükan arxasına dəvət edirik. Sizinlə hər şey mümkündür. İndi isə yol sizindir. Siz istəsəniz, bacarmayacağınız heç nə yoxdur.

Avtobus sürücüsü olmaq üçün müraciətlərinizi [email protected] mail ünvanına göndərməyinizi xahiş edirik”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью