“BakuBus” şirkəti “BAKELEKTRO” şirkətilə ilə daha bir irihəcmli müqavilə imzalayıb

10.12.2025

Marja.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“BakuBus” MMC “BAKELEKTRO” ASC ilə də məbləği 12 milyon 255 min manat olan müqavilə imzalayıb.

Marja xəbər verir ki. müqavilə Albalılıq qarajı (Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi 658) üzrə elektrik təchizatı işlərinin satın alınmasını nəzərdə tutur.

Məlumat üçün bildirək ki, “Bakelektro” ASC-nin rəhbəri “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa (Baba) Rzayevin qardaşı Rzayev Emin Hüseynağa oğludur. Emin Rzayevin qanuni təmsilçi olduğu “Bakelektro” ASC 3 iyul 2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 milyon 238 min 228 manat olan ASC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 625-də yerləşir.

Onu da qeyd edək ki, 3 ay əvvəl – bu ilin sentyabr ayında da “Bakubus” MMC “Bakelektro” ASC ilə 15 milyon manatlıq satınalma müqaviləsi imzalayıb. Müqavilə Zığ yolu 95 ünvanında yerləşən avtobus parkında 0,4 kv daxili elektrik sisteminin qurulması işləri ilə bağlı olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью