BakuBus stop əvəzinə toxta yazır? RƏSMİ AÇIQLAMA

05.11.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Deputat Hikmət Babaoğlunun “stop” sözünün əvəzinə “toxta” ifadəsinin işlədilməsi təklifindən sonra sosial şəbəkələrdə maraqlı görüntülər yayılıb. Belə ki, paylaşılan videoda “BakuBus”a məxsus avtobuslardan birində “stop” yazısının “toxta” sözü ilə əvəz olunduğu əks olunub.

Redaktor.az həmin görüntü ilə bağlı "BakuBus"a sorğu ünvanladı. Sorğuya cavab olaraq bildirildi ki, yayılan görüntülər süni intellektə hazırlanıb:

"Sosial şəbəkələrdə yayılan görüntülər həqiqəti əks etdirmir. Sözügedən görüntülər süni intellekt vasitəsilə hazırlanıb".

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью