Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda ictimai nəqliyyatın fasiləsiz və təhlükəsiz fəaliyyəti avtobus sürücülərinin işindən birbaşa asılıdır.
BAKU.WS-in məlumatına görə, səhər saatlarından etibarən sərnişinləri mənzil başına çatdıran sürücülərin əməkhaqqısı, iş qrafiki və istirahət imkanları isə daim maraq doğuran məsələlərdəndir.
Maraqlıdır ki, "BakuBus" MMC-də çalışan sürücülər nə qədər maaş alır və onların iş rejimi necə təşkil olunur?
BAKU.WS-in sorğusuna cavab olaraq "BakuBus" MMC-dən bildirilib ki, müəssisədə sürücülərin əmək fəaliyyəti Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə uyğun təşkil edilir:
"Sürücülər gündəlik 8 saatlıq iş rejimi ilə çalışır və həftədə iki gün istirahət edirlər. Hazırda sürücülərin aylıq əməkhaqqı (gross) 1350 manat təşkil edir".
Orxan Hüseyn