BakuBus sürücüsü svetoforun qadağanedici işığını saymayıb hərəkət etdi VİDEO

15.07.2026

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakıda svetoforun qadağanedici işığını saymayan avtobus sürücüsü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 19-da, paytaxtın Ənvər Qasımzadə küçəsində qeydə alınıb. Belə ki, "BakuBus"a məxsus 77-JA-893 qeydiyyat nişanlı avtobusun sürücüsü svetoforun qadağanedici işığında dayanmadan hərəkət edib.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, sürücü İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 3 bal 100 manat məbləğində cərimə oluna bilər.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью