“BakuBus”ın 6 nömrəli marşrutu ilə bağlı narazılıq

23.01.2026

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paytaxt sakinləri “BakuBus”a məxsus 6 nömrəli marşrut xəttinin hərəkət qrafiki ilə bağlı narazılıqlarını bildiriblər.

Sərnişinlərin sözlərinə görə, 6 nömrəli marşrut avtobusları vaxtında dayanacaqlara yaxınlaşmır və bu hal xüsusilə səhər saatlarında ciddi problemlər yaradır.

“İşə gecikməmək üçün evdən tez çıxsaq da, dayanacaqlarda 30 dəqiqəyə yaxın gözləməli oluruq”, – deyə şikayətdə bildirilir.

KONKRET.az-ın xəbərinə görə, oxu.az-a açıqlamasında “BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, qurumun istismarında olan 6 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ümumilikdə 19 avtobusla təmin edilir.

“Xətt üzrə avtobuslar 10-12 dəqiqəlik intervalla hərəkət edirlər. Monitorinq Mərkəzinin son üç günlük müşahidələrinə əsasən, 6 nömrəli marşrut xətti üzrə avtobusların hərəkətində gecikmə halları qeydə alınmayıb.

Bununla yanaşı, günün səhər və axşam pik saatlarında marşrutun keçdiyi Hüseyn Cavid prospekti, Akademik Şəfayət Mehdiyev, Mehdi Hüseyn, Şeyx Şamil, İstiqlaliyyət və Niyazi küçələrində müşahidə edilən nəqliyyat sıxlığı avtobuslararası intervallarda müvəqqəti artıma səbəb ola bilir.

Sərnişinlərdən pik saatlarda baş verən gecikmələrə görə anlayışlı olmalarını xahiş edirik”, – deyə açıqlamada bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью