BakuBusun içinə yağış yağır Xəbər saytı Son xəbərlər və Hadisələr

29.11.2024

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda fəaliyyət göstərən avtobusun damından su axır. Axan su oturcaqları və içərini isladır.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı görüntülər metronun "Gənclik" stansiyasından Maştağa qəsəbəsi istiqamətində hərəkət edən M8 marşrut avtobusunda lentə alınıb.

Görüntüləri sərnişinlərdən biri - Nicat Məmmədov lentə alıb. Onun sözlərinə görə, yağışlı havadan qorunmaq üçün avtobusa minən sərnişinlər yağışı bu dəfə içəridə hiss ediblər.

Məsələ ilə bağlı "Baku Bus" MMC-dən bildirilib ki, baş verən nasazlıqla bağlı dərhal avtobus təmirə aparılıb.

O da bildirilib ki, avtobusların sazlığı və isitmə sistemləri mütəmadi olaraq nəzarətdən keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью