Bal ayı faciəyə çevrildi 26 yaşlı gəlin ölü tapıldı FOTO

29.11.2024

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Əri ilə Mayamiyə bal ayına gedən 26 yaşlı qadın dünyasını dəyişib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Polşadan olan cütlük Mayami küçələrində huşsuz vəziyyətdə tapılıb. 

Polis əvvəlcə cütlüyün qarət edildiyini və narkotik maddə aldığını düşünsə də, araşdırmalar nəticəsində  həqiqət üzə çıxıb. Müstəntiqlər müəyyən ediblər ki, Aleksandranın ölümünə könüllü qəbul edilmiş psixoaktiv maddələr səbəb olub.Gənc gəlin ölümündən bir neçə saat əvvəl tətildən fotolar paylaşıb. 

6 avqust 2022-ci ildə ailə quran cütlüyün xoşbəxtliyi qısa sürüb. Aleksandranın ölüm səbəbi iki illik araşdırmadan sonra 23 oktyabr 2024-cü ildə açıqlanıb. Onun həyat yoldaşı David hələ də hadisə ilə bağlı ictimaiyyətə açıqlama verməyib.

Fidan
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью