Bal xarab olur, onun son istifadə tarixi var? | Icma.az
Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bal süd kimi klassik mənada “xarab olmur”, lakin düzgün saxlanmadıqda onun keyfiyyəti pisləşə bilər.
Balın qablaşdırma üzərində göstərilən son istifadə müddəti əsasən istehsal standartları ilə bağlıdır.
Əslində isə düzgün saxlanarsa, bal onilliklər boyu yeyilə biləcək vəziyyətdə qala bilir. Bu, onun unikal kimyəvi tərkibi ilə izah olunur.
Lent.az xəbər verir ki, balın bu qədər davamlı olmasının üç əsas səbəbi var.
Aşağı su miqdarı – bakteriya və kiflərin çoxalmasını məhdudlaşdırır. Yüksək şəkər tərkibi – təbii konservant rolunu oynayır.
Pətək və nektardan alınan fermentlər – antibakterial təsir göstərir.
Ümumilikdə balın tərkibində 181 müxtəlif maddə mövcuddur, lakin əsas hissəsini şəkər və su təşkil edir.
Tam oxu
Xəbəri oxu