Balabəy Ağayev “Böyük Dəbilqə” turnirinin finalına vəsiqə qazanıb

29.10.2026

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Azərbaycan cüdoçusu Balabəy Ağayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində finala yüksəlib.

Apasport.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda özbəkistanlı Kamoliddin Baxtiyorovla qarşılaşıb.

Rəqibini ağrıdıcı fəndlə məğlub edən Ağayev qızıl medal uğrunda görüşə vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan turnirdə 8 kişi və 4 qadın olmaqla ümumilikdə 12 cüdoçu ilə təmsil olunur. Yarış oktyabrın 31-dək davam edəcək.

Cüdo üzrə Bakı birinciliyi keçirilib Azərbaycanı Neapolda 8 cüdoçu təmsil edəcək Cüdo üzrə böyüklər arasında Abşeron-Xızı çempionatı keçiriləcək Azərbaycanın 5 cüdoçusu Asiya Kubokunda iştirak edəcək Azərbaycanı Əbu-Dabidə 11 cüdoçu təmsil edəcək
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью