Balaca Messi ləqəbli futbolçu Barselona nın maraq dairəsinə düşüb

15.09.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

İngiltərənin "Mançester Yunayted" klubundan ayrılmaq istəyən 15 yaşlı futbolçu Josep Junior Qabriel İspaniyanın "Barselona" kollektivinin maraq dairəsinə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "talkSPORT" nəşri məlumat yayıb.

Həm hücumçu, həm də vinger mövqeyində çıxış edən oyunçu "Balaca Messi" ləqəbi ilə tanınır. Bildirilir ki, onun klubdan ayrılmaq istəyi rəhbərlik tərəfindən təəccüblə qarşılanıb.

Məlumata görə, Josep Junior Qabriel bir sıra Avropa klublarının maraq dairəsindədir. Onunla əsasən "Barselona" komandası maraqlanır. İngiltərənin digər təmsilçisi "Çelsi" isə gənc oyunçunu diqqətdə saxlayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью