Balaca Napaleon: ABŞ və NATO nu əvəz edir

04.03.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Fransa Prezidenti Emmanuel Makron özünün nüvə strategiyasının bir hissəsi olaraq Avropada ABŞ və NATO-nu əvəz etmək istəyir. 

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə tanınmış amerikalı iqtisadçı Martin Armstronq sosial mediada yazıb.

“Makron balaca Napoleondur. O, Avropanın müstəqilliyini təmin etmək və onu ABŞ-dən ayırmağı nəzərdə tutan nüvə strategiyasının bir hissəsi kimi ABŞ və NATO-nu əvəz etmək istəyir. Bu, Makrona xas bir tipdir. O, daim Rusiya ilə müharibəyə təkan verir, ABŞ və NATO-nu Avropadan sıxışdırır”, - deyə analitik qeyd edib. 

Qeyd edək ki, Emmanuel Makron martın 2-də Fransanın arsenalındakı nüvə başlıqlarının sayını artıracağını açıqlasa da, onların dəqiq sayını deməyib. 

“Reuters”-in yazdığına görə, Fransa və Almaniya nüvə silahlarından çəkindirmə sahəsində əməkdaşlığı gücləndirmək qərarına gəliblər. Hər iki ölkə strateji doktrina və təlimləri əlaqələndirmək üçün birgə qrup yaradıblar.

Bundan əlavə, mart ayında Polşanın Baş naziri Donald Tusk Varşavanın Fransa ilə nüvə silahlarından çəkindirmə proqramı üzrə danışıqlar apardığını yazmışdı.

Fevral ayının sonunda “Politico” qəzeti Avropa İttifaqının Makrondan tezliklə Fransanın nüvə “çətir”ini bütün Avropanı əhatə edəcək şəkildə genişləndirəcək konkret addımlar atmasını gözlədiyini bildirib.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью