Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şəkidə avtobusda səmimi anlar yaşanıb. Avtosfer.az ”Baku.ws”ə istinadən xəbər verir ki, 2 nömrəli avtobusun sürücüsü avtobusa minən balaca sərnişinləri sevindirmək üçün gözəl bir sürpriz edib – uşaqlara konfet paylayıb. Sürücünün bu jesti uşaqlarda böyük sevinc yaradıb. Balaca sərnişinlər konfetləri sevinclə qəbul edərək avtobusun içində gülüş dolu anlar yaşayıblar.