Balakən istiqamətində sərnişin qatarları fəaliyyətə başlayır

12.12.2024

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaxın günlərdə Balakən istiqamətində sərnişindaşımaya başlanılacaq.

"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov deyib.

"Hazırda jurnalistləri və sərnişinləri Balakən istiqamətində sərnişin daşıma maraqlandırır. Artıq buna sayılı günlər qalıb. Yaxın günlərdə biz ilk qatarın fəaliyyətə başlayacağı tarixi açıqlayacağıq. Bu, çox yaxın günlərdə yerinə yetiriləcək və deyim ki, biz də işləri tamamlayırıq, infrastruktur hazırlığı bitib, stansiyalarda təmir işləri aparılır. Yaxın günlərdə artıq biz sizlərlə birlikdə bunun şahidi olacağıq", - ADY sədri bildirib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью