Balakən sakini məktəbin şəraitsizliyindən ŞİKAYƏTÇİDİR

31.01.2025

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Balakən sakini Məhəmməd Hudulov adına Meşəşambul kənd tam orta məktəbinin şəraitsizliyindən şikayətçidir.

O, bu barədə Oxu.Az-a şikayət ünvanlayaraq bildirib ki, məktəb təmirsiz vəziyyətdədir:

"Məktəbin təmir olunmasına, ya da sökülərək yenidən tikilməsinə ehtiyac var".

Məktəbin vəziyyəti ilə əlaqədar fotoları təqdim edirik:

Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə tədris ilinin sonunda təmir olunması nəzərdə tutulub:

"Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmiri başlıca prioritetlərimizdəndir. Son iki il ərzində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan 100-dən çox məktəbdə cari, bir məktəbdə əsaslı təmir işləri aparılıb və səkkiz məktəb binası sökülərək yenidən tikilib. 2024-2025-ci tədris ilində iki məktəbin sökülərək yenidən tikilməsi və 100-dən çox təhsil müəssisəsində təmir işlərinin aparılması nəzərdə tutulur.

Balakən rayonunun Meşəşambul kənd tam orta məktəbinin vəziyyəti barədə məlumatlıyıq, təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə tədris ilinin sonunda cari təmir olunması nəzərdə tutulub. Bildiririk ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir".

Aygün Mirakif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью