Balakəndə 3 yaşlı uşaq faciəvi şəkildə HƏYATINI İTİRDİ

10.03.2025

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Balakəndə bədbəxt hadisə baş verib. 
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Hənifə kəndində baş verib.  
 

Belə ki, 2022-ci il təvəllüdlü Hənifə kənd sakini Rəvan Məmmədov yaşadığı evin həyətində valideynlərin gözündən yanınaraq su vannasına düşüb və çıxa bilmədiyindən orada boğularaq ölüb.


Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma başlanılıb.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью