Balakəndə 3 yaşlı uşaq su ilə dolu vannada boğularaq ölüb

10.03.2025

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Balakən rayonunun Hənifə kəndində 3 yaşlı uşaq boğularaq ölüb.

AZƏRTAC-ın bölgə müxbiri Rayon Mərkəzi Xəstəxanasına istinadən bildirir ki, 2022-ci il təvəllüdlü Hənifə kənd sakini Rəvan Məmmədovun yaşadığı evin həyətində su ilə dolu vannada boğulması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə Təcili Tibbi Yardım briqadası cəlb edilib. Lakin həkimə qədər ölüm baş verib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçiriblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью