Balakəndə 43 yaşlı kişini sel aparıb?

08.07.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Balakən sakini, 43 yaşlı kişini sel apardığı ehtimal edilir.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Katex kəndində, Katex çayında qeydə alınıb.

Belə ki, Balakən rayonunun Katex kənd sakini, 1983-cü il təvəllüdlü Aslan Ramazan oğlu Rzayev sərxoş vəziyyətdə Katex çayında sel sularının gətirdiyi odun parçalarını yığmaq istəyərkən ehtiyatsızlıqdan çaya yıxılıb. Bu zaman onu sel aparıb.

Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью