Balakəndə 50 yaşlı qadını avtomobil vuraraq öldürüb

14.04.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Balakəndə piyadanı avtomobil vuraraq öldürüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında Yevlax-Zaqatala- Gürcüstan sərhəd magistiral avtomobil yolunda, Balakən rayonu Katex kəndi ərazisində baş verib. Balakən rayon sakini 50 yaşlı Nazxanım Qallaçiyeva minik avtomobili tərəfindən vurulub.

Müxtəlif xəsarətlər alan N. Qallaçiyeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

O, xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью