Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Balakən, 5 noyabr, AZƏRTAC
Bu gün Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib.
Ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması məqsədilə Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Poştbinə kəndindən keçən hissəsində təşkil olunan ağacəkmə aksiyasında 500 ədəd şabalıd və qoz ağacı əkilib. Eyni zamanda ağac əkilən ərazinin ətrafı mühafizə olunub və ağaclar suvarılıb.