Balakəndə 7 otaqlı ev yandı

08.06.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Balakəndə 7 otaqlı fərdi yaşayış evi yanıb. 

Lent.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Qaysa kəndində qeydə alınıb.

Kənd sakini Svetlana Hudulovaya məxsus ikimərtəbəli fərdi yaşyış evində yanğın olub.

Yanğın nəticəsində evin ikinci mərtəbəsində olan 4 otağın və evin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Evin birinci mərtəbəsi və ətrafda olan digər tikililər yanğından mühafizə olunub.

Yanğının söndürülməsi üçün əraziyə Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Yanğın söndürülüb və xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью