Balakəndə azyaşlı dərmandan zəhərləndi

10.01.2025

Icma.az bildirir, Lent az portalına istinadən.

Balakəndə azyaşlı dərmandan zəhərlənib. 

Lent.az xəbər verir ki, hadisə rayonun Gərəkli kəndində baş verib.

06.02.2022-ci il təvəllüdlü M. O. yaşadığı ünvanda nəzarətsiz qalaraq nənəsinə məxsus dərman qəbul edib.

Azyaşlı təcili Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə aparılıb.

M. O.-ya xəstəxanada lazımi tibbi yardım göstərilib, vəziyyəti stabilləşdikdən sonra evə buraxılıb. 

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью