Balakəndə camış 65 yaşlı qadını vurub öldürdü

16.08.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Balakəndə camış sahibini öldürüb.

Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun İtitala kəndində baş verib.

Kənd sakini 65 yaşlı Həlimət Məmməd qızı Hüseynovanı yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsində camış vuraraq, müxtəlif dərəcəli ağır bədən xəsarətləri yetirib.

H. Hüseynova Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

H. Hüseynova ötən gün aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью