Balakəndə cücə ferması yanıb

08.01.2025

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Balakənin Tülü kənd sakini Vüsal İsmayılovun həyətyanı sahəsində cücəyə baxmaq üçün tikdiyi 120 kvadratmetrlik tikilidə yanğın baş verib. SİA Fövqəladə Hallar Nazirliyi Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinə istinadən bildirir ki, yanğın barədə məlumat daxil olan kimi texnika və canlı qüvvə hadisə yerinə cəlb edilib.

Yanğın nəticəsində təsərrüfat sahibinə külli miqdarda ziyan dəyib. Belə ki, fermanın tavanı, dam örtüyü yanıb və sexdə olan 5 min cücə yanaraq tələf olub.

İlkin ehtimallara görə yanğının başvermə səbəbi istilik üçün quraşdırılmış odun sobasından düşən qığılcım olub. Yanğında xəsarət alan olmasa da, fermerə 30 min manata qədər ziyan dəydiyi bildirilir.

Yanğının başvermə səbəbləri araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью