Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

29.10.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 29 oktyabr, AZƏRTAC

Balakən rayonunun Tülü kəndində yerləşən erkən orta əsrlərə aid Tülü məbədində 2017-2021-ci illərdə arxeoloji qazıntılar aparılıb. Qazıntılar zamanı məbədin altında daha əvvəlki dövrlərə aid iki məbədin qalıqları aşkar edilib.

Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA Şəki Regional Elmi Mərkəzinin böyük elmi işçisi tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli məlumat verib. O bildirib ki, tapıntı bölgənin tarixinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

A.Məmmədli qeyd edib ki, son dövrlərdə Alban mədəni irsinin tədqiqi və təbliği istiqamətində dövlət səviyyəsində tədbirlər görülür.

Bu çərçivədə Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev və icra hakimiyyətinin məsul şəxsləri bölgədəki tarixi abidələrlə tanış olublar. Görüş zamanı bölgənin turizm potensialının artırılması məqsədilə Alban məbədlərinə baxış keçirilib, tədqiqatçı Akif Məmmədlinin abidələrlə bağlı məlumatları dinlənilib. Rayon rəhbərliyi bu sahənin inkişafı istiqamətində yeni mərhələyə başlanıldığını bildirib.

Müxbir - Xatirə Cəfərova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью