Balakəndə ev külə DÖNDÜ

20.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Balakəndə yaşayış evi yanıb.

"Unikal" xəbər verir ki, yanğın Balakən şəhərinin Rəşid Behbudov küçəsində baş verib. Yanğın yerinə Balakən Rayon Yanğından Mühafizə Hissəsinin  texnikaları cəlb olunub. Yanğın zamanı 1984-cü il təvəllüdlü Xanlayev Çingiz Fəxrəddin oğluna məxsus 
ümumi sahəsi 96 kvadratmetr olan yaşayış evi içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.

 Seymur Əli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью