Balakəndə ev yanaraq külə döndü

08.02.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Balakəndə ev yanaraq külə dönüb.

"Unikal" xəbər verir ki, yanğın gecə saatlarında rayonun Kortala kəndində, kənd sakini 1940-cı il təvəllüdlü Osmanov Həsən Səhiddin oğluna məxsus yaşayış evində baş verib. Yangın yerinə Balakən rayon DYMX-nin yanğınsöndürənləri cəlb olunub.

Yanğın zamanı ümumi sahəsi 144 k/m olan yaşayış evi içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb. Yanğında xəsarət alan olmayıb.

Seymur Əli


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью