Balakəndə evləri su basdı

08.07.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Hazırda ölkədə davam edən anomal hava şəraiti bəzi rayonlarda fəsadlara yol açıb. Bölgələrdə yağan yağış suları evlərin həyətinə dolub.

Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə görüntülər daxil olub.

İyulun 7-si axşam saatlarından başlayan güclü yağışlar iyulun 8-nə keçən gecə daha da intensivləşib.

Videoda Balakəndə bəzi evlərin həyətinin su basdığı kadrları əks olunub.

View this post on Instagram

A post shared by @baku.ws_official

Xatırladaq ki, iki gün əvvəl Milli Hidrometeorologiya Xidməti havanın belə keçəcəyi ilə bağlı məlumat yayılıb.

Rayonlarda müşahidə olunan fasilələrlə yağıntılı hava şəraitinin iyulun 9-u gündüzədək davam edəcəyi qeyd edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью