Balakəndə FACİƏ: 19 yaşlı qız körpüdən çaya düşdü

21.05.2025

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Balakəndə 19 yaşlı qız körpüdən yıxılıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Balakən şəhərinin girişindən keçən Balakən çayı üzərindəki körpüdə baş verib. 

Rayonun Talalar kəndində yaşayan Humay Yadigar qızı Xəlilova körpüdən çaya düşüb. 

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan H. Xəlilova Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. 

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью