Balakəndə iki “VAZ” toqquşdu; sürücülərdən biri öldü İki yaralı var

15.12.2025

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Balakəndə “VAZ” markalı iki minik avtomobili toqquşub, ölən və xəsarət alanlar var.

Avtosfer.az-ın məlumatına görə, hadisə axşam saat 17 radələrində rayonun Talalar kəndi ərazisində baş verib.

Hərəkətdə olan “VAZ 2106” və “VAZ 21015” markalı iki minik avtomobili toqquşub. Qəza zamanı “VAZ-2106”nın sürücüsü, 30 yaşlı Əyyub Anqbazov aldığı xəsarətlərdən Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım Şöbəsində ölüb. Digər nəqliyyat vasitəsinin sürücüsü 22 yaşlı Rufan Bayramov və “VAZ-2106”da olan sərnişin, 31 yaşlı Şamil Saxalov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən RMX-nın Təcili Tibbi Yardım Şöbəsinə yerləşdiriliblər.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a bildirilib ki, faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью