Balakəndə “KIA” əvvəl avtomobilə, sonra işıq dirəyinə çırpıldı VİDEO

14.08.2026

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Balakən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza avqustun 13-də səhər saatlarında rayonun Katex kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 20-EM-361 dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobil “KIA”markalı minik avtomobili ilə toqquşub. Zərbənin təsirindən “KIA” idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью