Balakəndə minik avtomobilləri toqquşub, yaralılar var

01.06.2025

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Balakəndə minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə Balakən şəhər ərazisində baş verib.

Rayonun Tülü kənd sakini Üzeyir Bayramovun idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə rayonun Qazma kənd sakini Rafiq Ukalayevin idarə etdiyi Opel markalı minik avtomobili toqquşub. Qəza zamanı “VAZ 2106” markalı avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı 1957-ci il təvəllüdlü Havva Mollaqardaş qızı Bayramova və Opel markalı avtomobildə olan sərnişin 1993-cü il təvəllüdlü Fatimə Murtuzəli qızı Axverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью